“İlk nüvə zərbəsini endirə bilərik” –
Rusiyadan ŞOK MESAJ
“Ölkənin mövcudluğu üçün real təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər”.
Globall.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin müavini Aleksey Juravlyov deyib.
“Rusiya ilk nüvə zərbəsini endirə bilər. Bu, Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa baş verəcək”, - deputat bildirib.
Juravlyov həmçinin ABŞ-a qarşı ittihamlar səsləndirərək, onun Üçüncü Dünya Müharibəsinin başlaması üçün hər şeyi etdiyini iddia edib: “Amerikalılar nüvə silahının işə düşməsinə səbəb olmağa, bütün Avropanı Rusiya ilə müharibəyə cəlb etməyə və Asiyada aranı qatmağa çalışacaqlar”.
Oxunub: 230
Xəbəri paylaş
Paylaş: