Rus deputatlardan Putinə müraciət: Müharibəni dayandırın!
Rusiyada bir qrup deputat Ukraynadakı hərbi əməliyyatların tezliklə dayandırılması tələbi ilə Prezident Vladimir Putinə müraciət ünvanlayıb.
Globall.az xəbər verir ki, müharibəyə qarşı çıxan deputatlar Rusiyanın Kommunist partiyasının təmsilçiləridir.
Putinə müraciəti regional parlamentin iclasında deputat Leonid Vasyukeviç səsləndirib.
“Rusiya ordusu müharibədə əhəmiyyətli hərbi uğur qazana bilməyəcək. Bununla belə biz ciddi itkilər veririk. Biz başa düşürük ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, Rusiyada yetim qalan uşaqların sayı daha da çox olacaq”, - deyə kommunist deputatlar Putinin müharibə siyasətinə qarşı çıxıblar.
Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. İndiyədək rus qoşunları 30 minədək hərbçisini döyüşdə itirib. (modern.az)