Pensiya yaşının azaldılması ilə bağlı DEPUTATLARDAN TƏKLİF
“Azərbaycanda pensiya təminatı 2017-ci ildən sərtləşib”.
Globall.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O qeyd edib ki, Azərbaycanda demoqrafik vəziyyət dəyişib: “5 və 5-dən çox uşağı olan ailələrin sayı azalıb. Biz artıq çoxuşaqlı ailələr məhfumuna yenidən baxmalıyıq”.
Deputat vurğulayıb ki, son 30 ildə Azərbaycanda pensiya yaşının dəyişdirilməsi elə ciddi dəyişikliklərə məruz qalmayıb: “30 il ərzində ömür uzunluğu 2 yaş artıb. Azərbaycanda penisya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş olmalıdır”.
xxx
“60 yaş kişilər, 55 yaş isə qadınlar üçün isə ən optimal pensiya yaşıdır”.
Globall.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisi iclasında çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, ölkəmizdə şəxslər 25 yaşından işləməyə başlayır, 40 yaşına qədər işləyir, 65 yaşında isə pensiyaya çıxır: “3,5, maksimum 10 il pensiya ala bilirlər. Azərbaycanda ömür müddəti o qədər də yüksək deyil. İnsanlar 60 yaşından sonra bu və ya digər səbəbdən səhhətlərində ciddi problemlər yaşayırlar. Belə vəziyyətdə onların çalışmaq imkanı da kifayət qədər olmur”.