Prezident Cavid Qurbanova yeni VƏZİFƏ VERDİ
Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Globall.az xəbər verir ki, sərəncamda deyilir: "Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
xxx
İlham Əliyev Cavid Qurbanovla bağlı daha bir sərəncam imzalayıb.
Globall.az xəbər verir ki, sərəncama əsasən, Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxunub: 355
Xəbəri paylaş
Paylaş: