Belarus Ukrayna ilə həmsərhəd ərazilərə girişə
QADAĞA QOYDU
Belarus Qomel vilayətinin Ukrayna ilə həmsərhəd olan üç rayonunda giriş-çıxışı məhdudlaşdırıb və sərhəd zolağına keçidlərin verilməsini dayandırıb.
Globall.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsinin yaydığı məlumatda deyilir.
"Dövlət Sərhəd Komitəsi bildirir ki, sərhəd təhlükəsizliyini təmin etmək məqsədi ilə 2022-ci il iyunun 1-dən avqustun 31-dək Qomel vilayətinin Braqinski, Loyevski və Xoinitski rayonlarının ərazisinə vətəndaşların sərhəd zolağına girişi müvəqqəti olaraq məhdudlaşdırılır", - məlumatda deyilir.
Belarusiyanın Xoinitski və Braginski rayonları Ukraynanın Kiyev vilayəti ilə, Loevski isə Çerniqov vilayəti ilə həmsərhəddir.
Xatırladaq ki, daha əvvəl Belarus lideri Aleksandr Lukaşenko Ukrayna ilə sərhəddə qoşunların operativ komandanlığının yaradılması barədə göstəriş verib.
Ukrayna Prezident Aparatı Belarusdan gələn təhlükəyə reaksiya verərək, Belarus qoşunlarının işğalının Belarus rejimi üçün intihar olacağını qeyd edib.