Dünyada koronavirusdan ölənlərin sayı 460 min nəfəri ötüb
Son sutka ərzində dünyada koronavirus infeksiyasından ölənlərin sayı 5 min 66 nəfər artıb.
Azərtac pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün COVID-19 xəstəliyinə 181 min nəfər yoluxub.
Saytın Bakı vaxtı ilə bu gün saat 11:40-a olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 8 milyon 767 min 138 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 462 min 706 nəfərə çatıb. Eyni zamanda, 4 milyon 628 min 625 xəstə sağalıb, müalicəsi davam edən 3 milyon 675 min 807 xəstədən 54 min 813-nün vəziyyəti ağır qiymətləndirilir.
ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 297 min nəfəri keçib. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 38 min 568), Rusiya (569 min 63), Hindistan (396 min 182), Böyük Britaniya (301 min 815), İspaniya (292 min 655), Peru (247 min 925) və İtaliya (238 min 11) gəlir.
Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 121 min 407 nəfər. İlk beşliyə daxil olan Braziliyada 49 min 90, Birləşmiş Krallıqda 42 min 461, İtaliyada 34 min 561, Fransada isə 29 min 617 nəfər koronavirus səbəbindən həyatını itirib.