“Liverpul” ardıcıl 16-cı, 25 oyunda isə 24-cü qələbəsini qazanıb -
Salahdan dubl
“Liverpul” klubu İngiltərə Premyer Liqasının 25-ci turunda “Sautqempton”u qəbul edib.“Report” xəbər verir ki, görüş Liverpulun “Enfild” stadionunda baş tutub və ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. “Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlen ilk qolun müəllifi olub. İkinci hissənin 60-cı dəqiqəsində yarımmüdafiəçi Cordan Henderson komandasının üstünlüyünü artırıb.
İkinci hissənin ortalarında Məhəmməd Salah hesab arasındakı fərqi üçə çatdırıb. 90-cı dəqiqədə isə Salah dubl edib.
Bununla da “Liverpul” klubu İngiltərə Premyer Liqasında ardıcıl 16-cı qələbəsini və ümumilikdə 25 oyunda 24 qələbə qazanıb.
Oxunub: 353
Xəbəri paylaş
Paylaş: