İranda futbol oyunları təxirə salındı
İranda koronavirus səbəbindən futbol matçları təxirə salınıb.
İranın IRNA agentliyi xəbər verir ki, 1,2 və 3-cü liqalarda oyunların martın 20-dək təxirə salınmasına qərar verilib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92, virus daşıyıcılarının sayı 2 922 nəfərə çatdığını açıqlayıb.
Oxunub: 395
Xəbəri paylaş
Paylaş: