İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə axşamı Türkiyədən Suriyaya yola düşüb. İki günlük səfər zamanı İranın xarici işlər naziri Suriya Prezidenti Bəşər Əsəd və xarici işlər naziri Feysəl Mikdad ilə danışıqlar aparmağı planlaşdırır. Abdullahian Suriyanın güclü zəlzələlərdən zərər ... Ətraflı »
Abdullahian Suriyaya getdi
Tərtərdə 34 yaşlı kişi minaya düşdü
Tərtərdə 34 yaşlı kişi minaya düşüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon ... Ətraflı »
Ordumuz 23 dəfə atəşə tutuldu - RƏSMİ
Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun ... Ətraflı »
İranda 8 Mart nümayişləri
Martın 8-i gecə saatlarında İranın bir neçə şəhərində etiraz nümayişləri keçirilib. Global.az xəbər verir ki, nümayişçilərin əksəriyyəti qadınlar olub. Onlar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdikləri nümayişlərdə "Bütün cinayətlərin başında hakimiyyət dayanır", ... Ətraflı »
Düşmən Ordumuzu cavab atəşi açmağa təhrik edir - MN
Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir. ... Ətraflı »
Pakistan Türkiyəyə 8200 qış çadırı göndərir
Qəhrəmanmaraş mərkəzli zəlzələlər səbəbiylə Pakistandan Türkiyəyə 8200 qış çadırı daşıyan ikinci gəmi yola düşüb. Bu barədə Pakistan Milli Fəlakətlə Mübarizə idarəsi (NDMA) məlumat yayıb. Bildirilib ki, içərisində 8200 qış çadırı olan 41 konteyner Türkiyəyə, 24 konteynerdə olan 15 min ərzaq ... Ətraflı »
Azərbaycanda pensiya yaşına yenidən baxılacaq
Qadınların pensiya yaşının 63-də saxlanılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi təklif olunub. Bu barədə Ombudsman 2022-ci il üzrə məruzəsində danışıb. Millət vəkili Ceyhun Məmmədov AzTV-yə açıqlamasında bildirib ki, pensiya yaşının getdikcə artırılaraq ... Ətraflı »
“Avroviziya-2023”ün Azərbaycan təmsilsiçi müəyyən olundu
“Avroviziya-2023” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək. Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər. Xatırladaq ki, “Avroviziya-2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. ... Ətraflı »
“WhatsApp” və “Telegram” üzərindən yeni fırıldaqçılıq
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi yeni dələduzluq üsulları ilə bağlı xəbərdarlıq edib. Bu barədə qurumdan bildirilib. Məlumatda deyilir ki, son araşdırmalara əsasən fırıldaqçılar tərəfindən kart istifadəçilərinin pul ... Ətraflı »
Neftin son qiyməti
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,74 ABŞ dolları və ya 2,02% azalaraq 84,73 ABŞ dolları təşkil edib. ... Ətraflı »