Azərbaycanda pensiya yaşına yenidən baxılacaq
Qadınların pensiya yaşının 63-də saxlanılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi təklif olunub. Bu barədə Ombudsman 2022-ci il üzrə məruzəsində danışıb. Millət vəkili Ceyhun Məmmədov AzTV-yə açıqlamasında bildirib ki, pensiya yaşının getdikcə artırılaraq 65-ə çatdırılması məqsədəuyğun deyil. “Xanımların zərif cins olması nəzərə alınaraq pensiya yaşının 63 yaşda saxlanılması çox yaxşı təklifdir. Bunu uzatmaq bizim xanımlarımız üçün əlavə çətinliklər yaradar”, - deyə deputat əlavə edib.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: