Rusiya səfiri XİN-ə çağırıldı -
İsveçdən ETİRAZ
Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Globall.az xəbər verir ki, buna səbəb Ukraynada öldürülən isveçli döyüşçü ilə bağlı səfirliyin sosial şəbəkə hesabında yazılan şərhlər olub. İsveç XİN-ə çağırılan rusiyalı diplomata səfirliyin sosial media hesabında yazılan şərhlərin və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünün pislənildiyi bildirilib. Qeyd edək ki, Rusiya səfirliyinin paylaşımında Ukraynada həlak olan isveçli könüllü döyüşçünün “ölməyə layiq olduğu” yazılıb.
Oxunub: 149
Xəbəri paylaş
Paylaş: