Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək
Mayın 2-də saat 08:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
Globall.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/san-yə çatır. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 mertdir.
Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-də axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: