Çindən Almaniyaya XƏBƏRDARLIQ: ABŞ-ın çaldığı ilə oynamayın!
“Almaniya hakimiyyəti Tayvana qarşı sözlərində və əməllərində diqqətli olmalıdır”. Globall.az musavat.com-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin Almaniya XİN rəhbəri Annalena Berbokun Tayvanla bağlı sözlərinə bu cür təpki göstərib. Hua Çunin A.Berbokun açıqlamasının faktlara uyğun gəlmədiyini qeyd edib: "Xarici işlər naziri Berbokun Çinlə bağlı səhv ifadələri ilə açıq şəkildə razılaşmırıq". Çinli diplomat Almaniyanın Tayvan məsələsinə obyektiv yanaşacağına və “ABŞ-ın çaldığı ilə oynamayacağına” ümid etdiklərini bilirib. Onun sözlərinə görə, rəsmi Berlin əslində Vahid Çin prinsipinə əməl etməlidir. Xatırladaq ki, Almaniya xarici işlər naziri Annalena Berbok Çinin Tayvana hücum etməsi halında Tayvana kömək edəcəklərini deyib: “Biz beynəlxalq hüququn pozulmasını, daha böyük qonşunun kiçik qonşusuna hücum çəkərək bu hüququ pozmasını qəbul etmirik. Bütün bu dediklərim əlbəttə ki, Çinə də aiddir”.