Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib
Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib. “'Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Avtomobilin vurduğu piyada,1988-ci il təvəllüdlü Əzimov İlkin Natiq oğlu ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ağır kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 78
Xəbəri paylaş
Paylaş: