Bakıda 60 yaşlı kişi çoxmərtəbəli binadan yıxıldı
Bakıda 60 yaşlı kişi hündürmərtəbəli binadan yıxılıb.
Globall.az-ın Report-a istinadla məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Bakıxanov qəsəbəsində yaşadığı hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən yerə yıxılan 1962-ci il təvəllüdlü Bağırov Məhəmməd Qəzənfər oğlu ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 340
Xəbəri paylaş
Paylaş: