Yaz ağac əkini mövsümü başlayandan meşə fondu torpaqlarında 1 milyon 24 mindən artıq ağac əkilib
Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir. "Report"un xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, təkcə bu gün Şəmkir rayonunun meşə fondu torpağında 6000-dən çox ağac əkilib. Xidmət rəsmisinin sözlərinə görə, yaz ağac əkini mövsümü başlayandan bu günədək meşə fondu torpaqlarında ümumilikdə 1 milyon 24 mindən artıq ağac əkilib.
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: