Türkiyədə böyük yanğınların hamısı söndürülüb - RƏSMİ

Türkiyəli nazir bu barədə özünün “Twitter” səhifəsində məlumat verib.
“28 iyulda başlayan, 15 gün davam edən və tariximizdə ən böyük meşə yanğınlarının sonuncusu olan Muğla Köycegiz yanğınını da meşə qəhrəmanlarının böyük səyi nəticəsində nəzarət altına ala bildik. Beləliklə, ölkəmizdə baş vermiş böyük yanğınların hamısını söndürmüş olduq. Bu böyük fəlakətdə əziz millətimizlə meşə üçün tək ürək olduq. Minnətdarıq”, - Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.
Oxunub: 352
Xəbəri paylaş
Paylaş: