Samuxda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var
Samuxda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Samux şəhərində qeydə alınıb. Minik avtomobilinin maneəyə çırpılması nəticəsində bir nəfər - Elmar Əsgərov dünyasını dəyişib, 1970-ci il təvəllüdlü Bəhman Nəbiyev və daha 1 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 111
Xəbəri paylaş
Paylaş: