ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var
ABŞ-da atışma olub. “Report” TASS-a istinadən xəbər verir ki, hadisə Minnesot ştatının Minneapolis şəhərində qeydə alınıb.
Belə ki, şəhərin cənub-qərbində naməlum şəxs tərəfindən törədilən silahlı insident nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb.
"Xannepin küçəsində baş verən silahlı hadisə zamanı 12 nəfər xəsarət alıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 yaralının həyatı üçün təhlükə yoxdur", - deyə xəbərdə bildirilir.
Hadisənin təfərrüatları açıqlanmır.
Oxunub: 400
Xəbəri paylaş
Paylaş: