Filippində boksçu qalib gəldiyi qarşılaşmadan sonra ölüb
Filippinli boksçu Kennet Eqano həmyerlisi Ceyson Fakularinlə qarşılaşmadan sonra ölüb. “Report” xəbər verir ki, bu barədə “Philstar” məlumat yayıb. K.Eqano rəqibini məğlub etsə də, nəticələrin açıqlanması zamanı huşunu itirib. Filippinli boksçu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 22 yaşlı K.Eqano indiyədək 8 döyüş keçirib. O, bu qarşılaşmalarda 7 qələbə qazanıb, 1 dəfə isə məğlub olub.
Oxunub: 105
Xəbəri paylaş
Paylaş: