Qubada avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var
Quba rayonunun Zərqova kəndində iribuynuzlu heyvan avtoqəzaya səbəb olub. “Report”un Şimal bürosu xəbər verir ki, “Niva” markalı avtomobil rayon istiqamətində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Şabran rayon sakinləri – 1957-ci il təvəllüdlü Gəncəliyev Qədir Məmməd oğlu və onun oğlu 1994-cü il təvəllüdlü Gəncəliyev Məmməd Qədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 109
Xəbəri paylaş
Paylaş: