Abşeronda yaşayış binasında yanğın olub
Abşeron rayonunda yaşayış binasında yanğın olub. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Belə ki, hadisə rayonun Mehdiabad qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 15 m² sahədə, eyvanın plastikdən ibarət qapısı, pəncərəsi və eyvanda olan şkaf 1 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: