Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,61% azalaraq 87,33 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.
Oxunub: 143
Xəbəri paylaş
Paylaş: