Türkiyə şirkəti Kəlbəcər və Laçında 5 SES tikəcək
Gələn həftə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Türkiyənin "Dəmirörən" Holdinqi Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının yenidən qurulmasına dair saziş imzalayacaqlar. Globall.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AİŞ-in icraçı direktoru Ülvi Mansurov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan "Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları" panelində çıxışı zamanı bildirib. O bildirib ki, hazırda AİŞ türk şirkətləri ilə daha üç layihə hazırlayır.
Oxunub: 52
Xəbəri paylaş
Paylaş: