ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 34 trilyon dolları keçdi
ABŞ Maliyyə Nazirliyinin statistikasına görə, dövlət borcunun həcmi ilk dəfə olaraq 34 trilyon dollar həddini keçib. Globall.az fins.az-a istinadən xəbər verir ki, statistika 1993-cü ildən başlayaraq məlumatları əks etdirir. Hazırda ölkənin ümumi ödənilməmiş dövlət borcu 34 trilyon 1 milyard 493 milyon ABŞ dollarıdır. Milli borcun əvvəlki rekord səviyyəsi - 33 trilyon dollar sentyabrın ortalarında qeydə alınıb.
Oxunub: 144
Xəbəri paylaş
Paylaş: