Bir sahədə biznesmenlərə güzəşt ediləcək -
Qərar imzalandı
Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"nda dəyişiklik edib. Globall.az Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra quş əti istehsalı üçün avadanlıq dəsti (yemləmə, sulama, havalandırma-soyutma, isitmə, işıqlandırma və idarəetmə sistemləri daxil olmaqla) siyahıya daxil edilib. Qərarın icrasına nazir müavini İlhamə Qədimovaya tapşırılıb. Nazirliyin Aparatının Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş: