Tramp şahzadənin təhlükəsizliyi üçün pul ayrılmayacağnı bildirib
ABŞ prezidenti Donald Tramp kral ailəsindən ayrılaraq Kanadaya köçən Britaniya şahzadəsi Harri və həyat yoldaşı, aktrisa Meqan Marklın təhlükəsizliyi üçün pul ayırmayacağını bildirib.
Prezident Twitter hesabında hazırda Los-Ancelesdə yaşayan Harri və ailəsi haqqında bu sözləri qeyd edib:
"Mən Kraliçanın və İngiltərənin dostu və fanatıyam. Krallığını tərk edən Harri və Meqan Marklın Kanadada yaşadıqları bildirildi. Onlar sonra ABŞ-a köçdülər. ABŞ onların təhlükəsizliyini qorunması üçün pul ödəməyəcək. Özləri ödəməlidirlər".
Oxunub: 536
Xəbəri paylaş
Paylaş: