“İnterpol” xətti ilə axtarışda olan şəxs Bakıda saxlanıldı
Beynəlxalq axtarışda olan 44 yaşlı Cəlal Bayramov Bakıda tutulub.
“Report”un xəbərinə görə, “İnterpol” xətti ilə Türkmənistan Cinayət Məcəlləsinin 218.3-cü (saxta sənəd hazırlama) və 237.4-cü (cinayət yolu ilə əldə edilən əmlakı satma) maddələri ilə beynəlxalq axtarışda olan C.Bayramov Azərbaycana gələn zaman Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.
Oxunub: 365
Xəbəri paylaş
Paylaş: