Qanuni oğru Mamuku Ukraynada ələ keçirildi
Ukrayna polisi gürcü Mamuku Çkadu adlı qanuni oğrunu həbs edib.
Bakupost xəbər verir ki, polisin mətbuat xidmətinin məlumatına görə, onun tutulması İvano-Frankovskiy ərazisində baş verib.
Polis “işğalçılarla və diversantlarla əməkdaşlıq edən kriminal aləmin üzlərinə qarşı” keçirdiyi əməliyyat zamanı bir neçə kriminala bağlı şəxslərlə yanaşı, Mamukunu da ələ keçirib.
Deyilənə görə, o, digər qanuni oğru Tariel Onianinin qohumudur və sanksiya siyahısında adı var idi.
Hazırda onun Ukrayna ərazisindən məcburi çıxarılması məsələsi həll olunur.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: