ABŞ-dan Ukrayna-Rusiya müharibəsinin taleyinə təsir edəcək QƏRAR:
Bunu heç kim gözləmirdi
ABŞ prezidenti Co Bayden Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə bazar ertəsi Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanun imzalayıb.
Globall.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin köməkçisi Angela Peres öz "Twitter" səhifəsində məlumat verib.
"2022-ci ildə Ukraynanın Demokratiyasının Müdafiəsi üçün Kredit-İcarə Qanunu İmzalanıb", - məlumatda deyilir.
Peres Baydenin Ağ Evin Oval Ofisində sənəd imzaladığını əks etdirən fotoşəkili də sosial media hesabında paylaşıb.
Bu təşəbbüs Respublikaçı Con Korninin başçılıq etdiyi bir qrup senator tərəfindən yanvarın ortalarında elan edilib. Bu sənəd ABŞ prezidentinə Ukrayna hökuməti ilə müvəqqəti istifadə üçün hərbi texnika və əmlakın verilməsinə dair sazişlər bağlamaq üçün daha geniş səlahiyyətlər vermək və Ukraynadakı mülki insanları Rusiyanın işğalından qorumaq məqsədi daşıyır.
Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb. (publika.az)