Çinin cənubundan 30 minə yaxın insan təxliyyə edildi -
Fövqəladə vəziyyət
Çinin cənubundakı Quyçjou əyalətinin rəsmiləri güclü yağış və daşqınlar səbəbindən 29,5 min sakini təxliyyə edib.
Bildirilir ki, son 24 saat ərzində bəzi ərazilərə 160 mm-dən çox yağıntı düşüb. Çaylarda suyun səviyyəsinin kəskin artması ilə bağlı 700 mindən çox insan yüksək risk zonasında qalıb.
Təbii fəlakətlərin qarşısının alınması və aradan qaldırılması üçün mərkəzi bölgədə yüksək səviyyəli fövqəladə vəziyyətin tətbiq olunduğu elan edilib.
Oxunub: 403
Xəbəri paylaş
Paylaş: