DİN-dən gitaraçının güllələnməsi ilə bağlı -
Açıqlama
Sentyabrın 8-də saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə məlumat daxil olub.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Nofəl Süleymanlı məşhur gitaraçıdır.