İran parlamentində Qarabağ müzakirəsi -
Komissiya iclası
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında Dağlıq Qarabağ mövzusunda müzakirə aparılıb.
“Təsnim” xəbər verir ki, bu barədə komissiyanın sözçüsü Əbülfəzl Əmuyi məlumat verib.
Onun sözlərinə görə, iclasda komissiya üzvlərindən ibarət nümayəndə heyətinin Dağlıq Qarabağ münaqişəsinin fərqli ölçülərini öyrənmək üçün Ərdəbil və Şərqi Azərbaycan vilayətinin sərhəd bölgələrinə səfəri barədə hesabat dinlənilib.
Əmuyi əlavə edib: “Ermənistanla Azərbaycan Respublikası arasındakı münaqişənin fərqli ölçülərini nəzərə alaraq komissiyanın xarici əlaqələr komitəsi müvafiq qurumun dəvətlisi kimi, dövlətin diplomatik və təhlükəsizlik aparatı da daxil olmaqla geniş tərkibli iclas keçirmək məcburiyyətində qalıb”./strateq.az
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: