Tramp ABŞ iqtisadiyyatını Çindən asılılıqdan qurtarmağa söz verib
"Biz Amerikanı super istehsal dövlətinə çevirəcəyik və Çindən asılılığımızı birdəfəlik qurtaracağıq”, - deyə ABŞ rəhbəri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
"Biz iş yerlərini Çindən Birləşmiş Ştatlara qaytaracağıq və Amerikanı tərk etmək istəyən şirkətlər üçün tariflər tətbiq edəcəyik", - prezident əlavə edib.
Trampın sözlərinə görə, ABŞ Çinlə iqtisadi əməkdaşlıqda "milyardlarla dollar itirir". “Əgər biz onlarla bizneslə məşğul olmasaydıq, milyardları itirməzdik", - dövlət başçısı deyib.