Kim Çeni hansı Kim əvəz edəcək:
Bacısı, dayısı, yoxsa qardaşı?.. - Rus ekspert
Konstantin Asmolovun fikrincə, Şimali Koreya rəhbərinə varis bu illər ərzində Şərqi Avropada diplomatik xidmətdə olmuş əmisi Kim Pxyon İr ola bilər.
Ekspertin sözlərinə görə, bu ölkədə hakimiyyətin irsən ötürülməsi ciddi şəkildə qapalı saxlanır, müvafiq bilgilərə çox az adamın əli çatır.
Daha bir namizəd Kim Çen Inın böyük qardaşı Kim Çen Çxolya hesab olunur. Bəziləri düşünürdü ki, atasından sonra hakimiyyətə məhz Çxolya gələcək, amma bu, baş tutmadı.
Kim Çen Inın rəsmi varisi isə bacısı Kim Yo Çjon elan edilib. Bu barədə Əmək Partiyasının ötən il keçirilən iclasında qərar qəbul olunub.
Qeyd edək ki, bu günlərdə Şimali Koreya lideri Kim Çen Inın ölüm xəbəri yayılıb. Xəbər rəsmən təkzib olunsa da, bu istiqamətdə versiyalar hələ də gündəmdədir./teleqraf.com