Gürcüstanda Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı müraciət qəbul olunub
Xocalı soyqırımı. 26 fevral 1992
Report-un yerli bürosu xəbər verir ki, sənədi azərbaycanlıların təmsil olundğu 55 təşkilat və ictimai xadim imzalayıb.
Faciə barədə ətraflı məlumat təqdim edən müəlliflər Xocalı qətliamını ötən əsrin ən dəhşətli faciəsi adlandırıblar.
“Gürcüstanın aidiyyəti qurumlarının müraciətimizi nəzərə alacaqlarına böyük ümid bəsləyirik. Demokratiya, ədalət və insan haqları üzrə dünyanın irəlidə gedən ölkəsi kimi Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına çağırış edirik.