Ülviyyə Alovlu barəsində cinayət işi başlandı
Bu barədə uzun müddətdir Ülviyyə Alovlu ilə aralarında qalmaqal yaşanan ictimai fəal Bəxtiyar Hacıyev məlumat yayıb.
"Nəhayət ki, uzun prosesdən - 5 dəfə uzadılaraq keçirilən hazırlıq iclaslarından sonra Yasamal Rayon Məhkəməsi Muradova Ülviyyə (Alovlu) Niyaz qızına qarşı Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilməsi tələbi ilə verdiyim xüsusi ittiham qaydasında şikayəti icraata götürərək baxışa verdi. Hazırda Ülviyyə Alovlu bu iş üzrə təqsirləndirilən şəxs statusundadır”.
"Ülviyyə Alovlunun son məhkəmə iclasında zalda şüşə stəkan, məhkəmənin telefon dəstəyini və digər əşyaları atması faktları ilə bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb.