Mədəniyyət naziri Gəncədə səfərdədir
Mədəniyyət naziri Anar Kərimov Gəncə şəhərinə səfərə gedib.
Globall.az Report-a istinadən xəbər verir ki, nazir Gəncə şəhərində yeni istifadəyə verilmiş Gəncə Dram Teatrında, Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyinə, Gəncə Dövlət Kukla teatrına və digər mədəniyyət ocaqlarına baxış keçirəcək, mədəniyyət işçiləri ilə görüşəcək.
A.Kərimov həmçinin Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə də baş çəkəcək.
Sonda nazir Gəncə Dövlət Filarmoniyasında "Şuşa ili" adlı konsert proqramında iştirak edəcək
Oxunub: 362
Xəbəri paylaş
Paylaş: