Ukrayna ordusu əks-hücuma keçdi, ruslar geri çəkildi
Ukrayna Silahlı Qüvvələri Svyatoqorsk və Kremennoy yaşayış məntəqələri arasında aktiv əks-hücumlar həyata keçirib.
Bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru Konstantin Maşovets məlumat verib.
Onun sözlərinə görə, ək-hücum əməliyyatları nəticəsində rus hərbçiləri Kremennoy-Rubejnoe rayonlarında bir neçə kilometr şimal-şərq tərəfə doğru geri oturdulublar.
Bundan başqa, Ukrayna ordusu şimal-şərq istiqamətində Oskol çayına doğru irəliləyərək, rusların İzyum qruplaşmasının sol cinahına açıq təhlükə yaradıb./axar.az
Oxunub: 666
Xəbəri paylaş
Paylaş: