Bu şəxslərin pensiyası 170 manat artacaq
Güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərin pensiyalarının orta məbləği 170 manat artacaq.
Globall.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
"Əmək pensiyaları haqqında" qanunun birinci oxunuşda çıxış edən komitə sədri bildirib ki, 45-ci maddəyə təklif olunan dəyişiklik nəticəsində Qanunun 9-cu maddəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq. Nəticədə, həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manat artmasına imkan yaradacaq. (modern.az)
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: