Bu avropa ölkəsi bütün kasıblara 65 yaşına qədər hər ay pul verəcək
İspaniya hökuməti hər il ödəmələr üçün 3 milyard avro ayıracaq. Bundan 23-65 yaş arası 2.3 milyon insan yararlana biləcək.
İspaniyada 30 yaşına qədər iş qabiliyyətli insanların 25 faizi heç vaxt işləməyib. Həmin adamlar da ödəmələrdən istifadə edə biləcək.
Avropa ölkəsində bir çox mütəxəssislər ödəmələrə isti yanaşmır. Onların fikrincə, belə maddi yardım ispanları tənbəlləşdirəcək. Mütəxəssislər düşünür ki, işləmək stimulu azalacaq. Yəni insanlar müftə pul alacaq, işləyənlər də qeyri-rəsmi çalışacaq ki, vergi ödəməsin.
Globall.az