Nüvə qarşıdurması qayıdır -
BMT xəbərdarlıq edir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş nüıə qarşıdurmasının qayıtması barədə xəbərdarlıq edib. Bu barədə Baş katib BMT Baş Məclisinin ilk iclasının 75-ci ildönümünə həsr olunmuş tədbirdə bəyan edib («RİA Novosti»).
Onun sözlərinə görə, geosiyasi gərginlik artır. «Nüvə silahının yayılması və qarşıduma təhlükəsi qayıdır» - Quterreş izah edib.
Bundan əvvəl Baş katib cari ili 1945-ci illə müqayisə etmiş və bildirmişdi ki, bu gün «koronavirusla müharibə gedir».
«Bugünkü müharibə mikroskopik vrusa qarşı aparılır. Sabah terrorçularla kiberməkanda başlaya bilər» - Quterreş bildirib.
Bununla əlaqədar o, beynəlxalq əməkdaşlığı saxlamağa və genişləndirməyə çağırıb.
Elə həmin çıxışında BMT Baş katibi zəngin ölkələri «vaksin millətçiliyində» günahlandırıb.
Onun sözlərinə görə, vaksin almaq uğrunda mübarizədə belə dövlətlər az inkişaf etmiş ölkələrin tələbatını görməzliyə vururlar.