Ukraynada DƏHŞƏTLİ QƏZA:
Ölü sayı artdı (YENİLƏNİR)
Ötən gün Ukraynanın Roven vilayətində avtobus və yanacaq daşıyan maşın toqquşub. Ağır yol qəzası nəticəsində 27 nəfər həlak olub, daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Qeyd edək ki, hadisə dünən saat 19:30 radələrində Kiyev-Çop avtomobil yolunda baş verib. İlkin məlumata görə, yanacaq daşıyan yük maşını beynəlxalq daşımaları həyata keçirən avtobusla toqquşub. Toqquşmadan sonra yanğın baş verib.
xxx
Ukraynada sərnişin avtobusu, minik avtomobili və yanacaq daşıyan maşın toqquşub.
Bu barədə UNIAN agentliyi məlumat yayıb.
Rivnedə baş verən hadisə nəticəsində 16 nəfər həlak olub, on nəfər yaralanıb. Qəza ilə bağlı araşdırma aparılır. (modern.az)
Oxunub: 388
Xəbəri paylaş
Paylaş: