“Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib
İngiltərə Premyer Liqasında XXIX turdan təxirə salınmış oyun keçirilib. Globall.az-in məlumatına görə, London derbisində "Arsenal" doğma meydanda "Çelsi"ni qəbul edib. Görüş "topçular"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Leandro Trossard, Ben Uayt və Kai Hevertz vurub. Bu nəticədən sonra xallarını 77-yə çatdıran "Arsenal" liderliyə yüksəlib. "Liverpul" 74 xalla ikinci, rəqibindən bir xal az toplayan "Mançester Siti" isə üçüncü pillədə qərarlaşıb.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş: