Erməni generalın oğlu tutuldu, bir etirazçı öldü -
İrəvanda GƏRGİNLİK
Ermənistanda kütləvi etiraz aksiyası davam edir.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu gün səhər saatlarından başlayan aksiyada iştirakçılar ilə polislər arasında qarşıdurma yaşanıb.
İlkin məlumatlara görə, aksiya zamanı 180 nəfər saxlanılıb, bir nəfər ölüb. Saxlanılanlar arasında KTMT-nin keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da olub. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Xaçaturov polis bölməsinə aparılıb.
Bundan əlavə, İrəvandakı Fransa meydanında qurulmuş çadırda gecələyən etirazçının ürəktutmasından öldüyü deyilir.
Aksiya iştirakçıları daha sonra Sevan-İrəvan, Vanadzor-İrəvan, Gümrü-Orəvan və Gorus-İrəvan magistral yollarını bağlayıblar. Hazırda Ermənistanda gərginlik davam edir. Aksiyaların sabah davam etdiriləcəyi elan olunub.