Aksiya iştirakçıları Ermənistan XİN-in binasına daxil olub -
VİDEO
Ermənistanda ölkənin Xarici İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirilir.
“Sputnik Ermənistan”-ın yaydığı məlumata görə, “Azadlıq hərəkatı” tərəfdarları və nümayəndələrinin qatıldığı aksiyanın iştirakçıları nazir Ararat Mirzoyan və yaxud müavini ilə görüş tələb ediblər.
Aksiya zamanı etirazçılar XİN-in binasına daxil olublar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları iştirakçıları binadan çıxarmağa çalışır.
Polis 13 aksiya iştirakçısını saxlayıb.
Aksiya iştirakçıları nazirdən Qarabağa dair danışıqlar prosesinin gələcəyinə dair suallara cavab tələb ediblər.
Oxunub: 264
Xəbəri paylaş
Paylaş: