Yayda “Meymun çiçəyi”nə yoluxma artacaq - ÜST
Kütləvi tədbirlərin keçirilməsi əlaqədar yay aylarında "Meymun çiçəyi" xəstəliyinə yoluxma halları artacaq.
Globall.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe xəbərdarlıq edib.
"Avropada kütləvi toplantılar, festivallar və şənliklərlə müşayiət olunan yay dövrünə yaxınlaşırıq. Virusun yayılmasının sürətlənə biləcəyindən narahatam", - ÜST rəsmisi deyib.
O, Avropa regionunda ən azı səkkiz ölkədə son bir neçə gün ərzində "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarının aşkar edildiyini vurğulayıb. Avropadan kənarda virus Avstraliya, Kanada və ABŞ-da qeydə alınıb.
Xatırladaq ki, bundan öncə İsrail, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ-da "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarına rast gəlinib. (modern.az)