Rusiyanın 30 min hərbçisi məhv edilib
Rusiya ordusunun Ukraynada itirdiyi canlı qüvvə və texnikaların sayı açıqlanıb.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, fevralın 24-dən bu günədək Rusiyanın 30 000 hərbçisi məhv edilib.
Bundan başqa, Rusiya qoşunlarının 1330 ədəd tankı, 3258 ədəd zirehli döyüş maşını, 628 ədəd artilleriya sistemi, 203 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarəsi, 174 ədəd helikopteri, 116 qanadlı raketi, 2 226 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 503 ədəd dronu və 48 ədəd xüsusi texnikası sıradan çıxarılıb.
Oxunub: 219
Xəbəri paylaş
Paylaş: