Paşinyan mühafizəçilərinin sayını artırdı
- FOTO
Ermənistanda siyasi sabitliyin olmaması rəhbər şəxslərin təhlükəsizliyinin təmin olunmasına da təsir edib.
Globall.az AzVision.az-a istinadla xəbər verir ki, yerli media baş nazir Nikol Paşinyanın özü ilə yanaşı ailəsinin də mühafizəsini gücləndirdiyini yazıb. Qeyd edilir ki, hətta bri vaxtlar küçələrdə dörd-beş mühafizəçi ilə velosiped sürən baş nazir, indi aqressiv kütlənin artmasından ehtiyat edir.
Paşinyan Arayiklə niyə gizli görüşüb?Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan isə bu diqqət çəkən amili sübut edən foto paylaşıb. Fotoda Nikol Paşinyanın festivala qatılarkən yaxınlığında azı 15 mühafizəçinin dayandığı görünür. Əvvəllər isə baş nazirin yanında uzağı 5 mühafizəçi olurmuş.
"O hansısa turist qrupu ilə şəkil çəkdirərkən 10-dan çox cangüdənin əhatəsinə mdüşüb. Onlar(Hakimiyyəti dəstəkləyənlər-red.) bu görüntüləri həyasızcasına yayırlar. Sanki insanlar, sadə ermənilər daim belə münasibət sərgiləyirlər, yaxınlaşıb onunla şəkil çəkdirirlər", - Zakaryan deyib.