Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat bu gün başa çatır. Globall.az bildirir ki, bu barədə Modern.az-ın əldə etdiyi məlumata görə, indiyədək 82 497 abituriyent qeydiyyatdan keçib. Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 29 164 nəfər bu qrup üzrə müraciət edib. II ixtisas qrupu üzrə 23 101 nəfər, III qrup üzrə 24 438 nəfər, IV qrup üzrə isə 5 794 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin böyük hissəsini - 74 297 nəfəri Azərbaycan bölməsi, 8 200 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir. Kolleclər üçün qeydiyyatdan keçənlərin sayı 98 039 nəfərdir. Qeyd edək ki, qeydiyyat mayın 6-da saat 23:59-da başa çatacaq.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş: